Vizaların qiyməti qaldırıldı – 100 min dollar

Vizaların qiyməti qaldırıldı – 100 min dollar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp yüksək ixtisaslı əcnəbi işçilər üçün H-1B iş vizası üçün rüsumun 100 min dollara qədər artırılması haqqında sərəncam imzalayıb.

Bu haqda Ağ Evin şənbə günü elan etdiyi bəyanatda deyilir.

“Daxili təhlükəsizlik naziri, bu qərarın qüvvəyə mindiyi tarixdən etibarən 12 ay ərzində ABŞ-dan kənarda olan xüsusi peşə sahibləri üçün H-1B vizası ilə bağlı, 100 min ABŞ dolları məbləğində ödənişlə müşayiət olunmayan ərizələr üzrə qərar qəbulunu məhdudlaşdırmalıdır.”, – sərəncamda deyilir.

Belə ki, Tramp 21 sentyabr 2025-ci il tarixindən etibarən bu növ vizaların verilməsinə 100 min dollarlıq rüsum ödənilmədiyi təqdirdə həmin şəxslərin girişinə bir illik məhdudiyyət qoyub.