“Viza Kredit” Bank Olmayan Kredit Təşkilatı nazirlik tərəfindən məhkəməyə verilib.
Tribunainfo.az xəbər verir ki, sözügedən BOKT-la bağlı iddianı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi qaldırıb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir. Tərəflər kredit müqaviləsi üzrə mübahisə yaşayır.
Məhkəməyə verilən BOKT-la bağlı işə 26 dekabr tarixində Bakı Apellyasiya Məhkəməsində hakim Ziya Şirinovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, məhkəməyə verilən “Viza Kredit” BOKT-un direktoru Rüstəmov Rövşən Yusif oğludur.
Tərəfləri dinləməyə hazırıq.
Nigar