Vitse-spikerin oğlu polisi döyərək, xəstəxanalıq etdi

Vitse-spikerin oğlu polisi döyərək, xəstəxanalıq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran parlamentinin vitse-spikeri Əli Nikzadın oğlu Məhəmməd Həsən Nikzad idarə etdiyi avtomobillə “avtoş”luq edərək, polis əməkdaşını vurub.

Tribunainfo.az xəbər verir ki, bu barədə “Khabarfori” saytı məlumat yayıb.

Məlumatda deyilir ki, vitse-spikerin oğlu bununla kifayətlənməyib. O maşından düşərək, vurduğu polisi döyüb. Nəticədə ağır bədən xəsarətləri alan polis əməkdaşı xəstəxanalıq olub.

Lakin saxlanılan Məhəmməd Həsən Nikzad atasının təzyiqi sayəsində həbsdən azad edilib.

İranda bu hadisədən sonra vitse-spikerə qarşı kampaniya başladılıb. Hətta yerli hakimlər belə Nikzadın oğlunun azad edilməsini qanunsuzluq adlandırıblar.

Fərda Uğur