ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff əmin olduğunu bildirib ki, sülh sazişləri yoluxucudur və onların bağlanması gələcək danışıqlar üçün istək yaradır.
Tribunainfo.az xəbər verir ki, Ukraynadakı münaqişənin həlli üzərində işləməkdən əlavə, Vitkoffun komandası Əlcəzair və Mərakeş arasında sülhün əldə edilməsinə, eləcə də İranla uzunmüddətli diplomatik həllin tapılmasına yönəlib.
Eyni zamanda Macarıstanın xarici işlər naziri Peter Sziyarto, Budapeştdə gözlənilən Putin-Tramp görüşü ilə bağlı xəbəri “fantastik” adlandırıb. Onun sözlərinə görə, sülhə gedən yol danışıqlardan keçir.
Dəniz Pənahova