“Vital Chemistry” MMC 25 min manat cərimələnirbackend

“Vital Chemistry” MMC 25 min manat cərimələnir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avtomobillər üçün kimyəvi maddələr, təmizlik vasitələri satışı və istehsalı ilə məşğul olan “Vital Chemistry” MMC cərimələnib.

Tribunainfo.az xəbər verir ki, şirkət İnizbati Xətalar Məcəlləsinin 192.1-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə, fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

“Vital Chemistry” MMC ilə bağlı iş baxılması üçün Xəzər rayon məhkəməsinə göndərilib. 1 noyabr tarixində hakim İlham Cəfərzadənin sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, “Vital Chemistry” MMC Türkiyə və Azərbaycan tərəfindən ortaq yaradılmış şirkətdir. MMC 2021-ci ildə rəsmi şəkildə qurulub. Şirkətin Baş Direktoru Vüqar Həmidovdur.

Qarşı tərəfi dinləməyə hazırıq.

Nigar