“Vita Aptekləri”nə cərimə yazıldıbackend

“Vita Aptekləri”nə cərimə yazıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vita Aptekləri” ilə bağlı cərimə protokolu yazılıb.

Tribunainfo.az xəbər verir ki, “Vita Aptekləri” İnzibati Xətalar Məcəlləsinin ictimai təhlükəsizlik qaydalarını pozduğuna görə cərimələnib.
Tələbi pozulan 518.1-ci maddəyə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

“Vita Aptekləri”nin işinə 11 mart tarixində Nəsimi Rayon Məhkəməsində hakim Anar İbadzadənin sədrliyi ilə baxılacaq.

Nigar