“Real Madrid”in hücumçusu Vinisius Junior qalmaqallı açıqlama ilə diqqət çəkib.
O, ölkədə irqçilik problemi həll olunmasa, İspaniyanın 2030-cu ildə keçiriləcək dünya çempionatına ev sahibliyi hüququndan məhrum edilməli olduğunu dilə gətirib.
Məlumatı “Dzair Sport” yayıb. İspaniyanın daxili işlər naziri Fernando Qrande-Marlaska dərhal Vinisiusun sözlərinə reaksiya verib: “Yalnız onu deyə bilərəm ki, müxtəlifliyə hörmət bizim ispan DNT-mizin bir hissəsidir. Buna görə də biz hər cür ayrıseçkilik davranışı ilə effektiv və birbaşa mübarizə aparırıq. Bizim idman sahəsində narahatlıqlarımız var və bu yöndə mübarizəmizi davam edirik”.
Qeyd edək ki, Vinisius mütəmadi olaraq irqçilik təzyiqləri ilə üzləşdiyindən şikayətlənir.