Əmək müqaviləsiz işçi çalışdıran “Vimay-Med” klinikası barəsində cərimə protokolu tərtib edilib.
Tribunainfo.az xəbər verir ki, klinikada aparılan yoxlama zamanı müəyyən nöqsanlar aşkarlanıb. Məlum olub ki, klinika İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsini pozub. Belə ki, “Vimay-Med” Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə, fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
Klinika ilə bağlı iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə görəndərili. 2 sentyabr tarixində hakim Ramin Qaraqurbanlının sədrliyi ilə işə bacılacaq.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Nigar