VİLNUS GÖRÜŞÜ SONRASI TÜRKİYƏNİN AVROPA İTTİFAQINA QƏBULU REALLAŞACAQMI? – RƏY

VİLNUS GÖRÜŞÜ SONRASI TÜRKİYƏNİN AVROPA İTTİFAQINA QƏBULU REALLAŞACAQMI? – RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəsmi Ankaranın indiki məqamda Avropa İttifaqına qəbul edilməsi real deyil. Bunun birdən çox səbəbi var.

Bu barədə Tribunainfo.az-a danışan siyasi şərhçi Turan Rzayev bildirib ki, Türkiyənin Avropa İttifaqına üzv qəbul edilməsi başda təhsil və iş imkanları baxımından milyonlarla Türkiyə vətəndaşının Avropa ölkələrinə axın etməsinə gətirib çıxaracaq.

Onsuz da kifayət qədər problem yaşayan ittifaq ölkələrinin türk vətəndaşlarını qəbul etməsi qurum üçün özlüyündə yeni problemlər aça bilər:

“Son statistik göstəricilərə görə hazırda Türkiyədə 3 milyon 600 min miqrant məskunlaşıb. Suriyada vətəndaş müharibəsindən qaçaraq Türkiyəyə üz tutan suriyalılar başda olmaqla Pakistan, Əfqanıstan, Mərkəzi Asiya ölkələri və s. ölkələrdən insanlar bu gün Türkiyəyə üz tutur. Ankaranın Avropa İttifaqına üzv olması halında bu miqrantlar ittifaq ölkələrinə sərbəst şəkildə keçid edə biləcək. İttifaq isə bunu gözə ala bilməz.

Mümkündür ki, Vilnüs görüşü sonrası İsveçin NATO-ya üzvlüyü reallaşsın. Lakin Türkiyənin Avropa İttifaqına üzvlüyü indiki şərtlərdə o qədər real görünmür”.