Vilayət Eyvazov polkovniki yeni vəzifəyə təyin edib

Vilayət Eyvazov polkovniki yeni vəzifəyə təyin edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) İctimai Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə təyinat olub.

TİA.AZ-ın xəbərinə görə, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazovun əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki Sərdar Səfərov BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Faktı “Report”a BŞBPİ-nin Mətbuat Xitməti təsdiqləyib.

Qeyd edək ki, S.Səfərova bu təyinata qədər BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəisi Nurullah Məmmədxanlı BŞBPİ-nin rəis müavini təyin edilib.