Vilayət Eyvazov onu rəis təyin etdi

Vilayət Eyvazov onu rəis təyin etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili işlər orqanlarında yeni təyinat olub.

Tribunainfo.az Unikal-a istinadən xəbər verir ki, daxili işlər Naziri Vilayət Eyvazovun əmrinə əsasən Goranboy RPŞ-nin İstintaq bölməsinin rəisi polis mayoru Elnur Ramiz oğlu Heydərli tutduğu vəzifədən azad edilərək, Sabirabad RPŞ-nin İstintaq bölməsinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Elnur Heydərli əvvəllər DiN-in Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi vəzifəsində, ondan əvvəl isə Binəqədi və Şəmkir rayon polis idarələrində müstəntiq, baş müstəntiq vəzifələrində işləyib.