Viktoriya əri Devid Beckham haqqında: “Bərbad görünürsən” – FOTO

Viktoriya əri Devid Beckham haqqında: “Bərbad görünürsən” – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərənin əfsanəvi futbolçusu David Beckham bu dəfə idman meydanları ilə deyil, saç təraşı ilə gündəmə gəlib.

Tribunainfo.az xəbər verir ki, o, öz saçını təraş edərkən ehtiyatsızlıq nəticəsində kiçik bir qəza keçirib. Nəticədə Beckhamın saçının bir hissəsi keçəl olub.

Onun yeni saç görünüşü sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Lakin ən sərt reaksiya onun həyat yoldaşı, məşhur stil ikonası və dizayner Victoria Beckhamdan gəlib. Victoria, Davidin saçına baxdıqdan sonra fikrini açıq şəkildə ifadə edib:
“Bərbad görünürsən!”

Məşhur cütlüyün bir-birinə zarafatla yanaşdığı bu dialoq fanatlarını güldürsə də, Davidin qeyri-adi saç stili bəzi sosial media istifadəçiləri tərəfindən də tənqid edilib.

Gülşən Rəsul