Kənd təsərrüfatı naziri İnam Kərimovun Ali Məhkəməyə hakim təyin olunması ilə bağlı məsələ dünən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasında müzakirəyə çıxarıldı. Müzakirələrdən sonra sənəd Milli Məclisin plenar iclasına tövsiyə edilib və parlamentin bugünkü iclasının gündəliyinə daxil edilib.
Tribunainfo.az xəbər verir ki, Milli Məclisin iclası yekunlaşmamış və təqdimat olmamış artıq vikipediyada İnam Kərimovun Ali Məhkəmənin sədri olduğu göstərilib.
Yerigəlmişkən qeyd edək ki, Kərimovun Ali Məhkəməyə təyinatı onun ixtisası ilə bağlıdır.
Belə ki, 1977-ci il təvəllüdlü İnam Kərimov 1984- 1994-cü illərdə S.C.Pişəvəri adına Humanitar fənlər Gimnaziyasında təhsil alıb, 1994–1995-ci illərdə ABŞ-ın İndiana ştatında yerləşən Riçmond orta məktəbində təhsilini davam etdirib.
1995-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə qəbul olub.
1998—2000-ci illərdə Fransanın Strasburq Universitetində hüquq ixtisası üzə bakalavr, 2000–2002-ci illərdə isə Sorbonna Universitetində hüquq ixtisası üzrə magistr təhsili alıb.
2013-cü ildə Sorbonna Universitetində hüquq elmləri doktoru (docteur en droit) elmi dərəcəsi əldə edib.
İngilis, fransız, rus və fars dillərini bilir.