backend

Videosu yayılan yol polisi danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər sosial şəbəkədə videosu yayılan DYP əməkdaşı Elvin Mövlamov (artıq işdən çıxarılıb-red.) 

Son günlər sosial şəbəkədə videosu yayılan DYP əməkdaşı Elvin Mövlamov (artıq işdən çıxarılıb-red.)

 Ölkə.Az-ın suallarını cavablandırıb.

99 YP 965 dövlət nömrə nişanlı DYP avtomobilində xidmət aparan Elvin Mövlanov bir sürücünün ona yalvarmasını və ağlamasını əks etdirən görüntüləri çəkərək sosial şəbəkədə yaymaqda ittiham edilir.

– Elvin bəy, həmin sürücü sizə niyə yalvarırdı? Cəriməsi var idi?

– Onun heç bir cəriməsi, problemi yox idi. Kasıblığını nəzərə alıb buraxmışam.

Sürücü sizə tabe olmurdu?

– Tabe olmurdu, sonra yazığımız gəldi buraxdıq.

– Video sosial şəbəkəyə necə buraxılıb?

– O videonu hansı mərdiməzar, balası ölmüş qoyub, bilmirəm. Allahın köməyi ilə o adam üzə çıxar. Mən də onun ölüsünü bu yolda qoyacağam.

– Videonu özünüz çəkib kiməsə göndərmişdiniz?

– Elə şey olmayıb.

– Orada iki nəfərsiniz. Deməli, özünüz çəkmisiniz də.

– Allah qoysa, hər şey ortaya çıxacaq. Bir az işim var, danışarıq.

– İşdən çıxarılmağınızla bağlı yayılan xəbər doğrudur?