“Vəziyyəti öz gözlərinizlə görün!”- Priqojin Şoyqunu Baxmuta dəvət etdibackend

“Vəziyyəti öz gözlərinizlə görün!”- Priqojin Şoyqunu Baxmuta dəvət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vaqner”in qurucusu Yevgeni Priqojin Rusiya müdafiə naziri Sergey Şoyqunu Artemovska (Baxmut) dəvət edib.

Priqojin bununla bağlı müraciət yayıb.

Müraciətdə deyilir ki, nazirin gəlişi onun Artemovskdakı vəziyyəti öz gözləri ilə görməsi və müstəqil şəkildə qiymətləndirməsi üçün zəruridir.

“Çətin əməliyyat vəziyyətini, eləcə də çoxillik döyüş əməliyyatları təcrübənizi nəzərə alaraq, Rusiya hərbiləşdirilmiş birləşmələrinin nəzarəti altında olan Baxmut ərazisinə gəlməyinizi, mövcud vəziyyəti müstəqil şəkildə qiymətləndirməyinizi xahiş edirəm”, – Priqojin bildirib.