Vəziyyət çox pisdir: Rusiya ilk dəfə cəbhə xəttini vurdubackend

Vəziyyət çox pisdir: Rusiya ilk dəfə cəbhə xəttini vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə saat qabaq Rusiya HHQ-nin strateji aviasiyasından 4 ədəd Tu-22M3 Ukraynaya 4, 2 ədəd Tu-95MC isə 6 raket atıb. Atılan raketlərin 4-ü X-22, 6-sı isə X-101-dir.

Tribunainfo.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri siyasi şərhçi Kamran Cəfərov qeyd edib. O bildirib ki, bu məlumatlar rəsmi olmasa da, artıq bu dəqiqə çox vacib məqamları qeyd etməyə zərurət yaranıb:

“Bu günə kimi Rusiyanın strateji aviasiyası 1 dəfə olsa da, cəbhə xəttinə zərbə endirməyib, müharibənin ilk günündən bu günə kimi belə hal olmayıb və hətta buna görə də rusiyalı hərbi ekspertlər arasında ciddi mübahisələr yaranırdı.

Bu gün ilk dəfə Rusiyanın strateji aviasiyası kritik (!) raket rezervlərdən istifadə edərək cəbhə xəttinə zərbələr endirdi. Bu, çox vacib hadisədir.

Cəbhə xəttində Rusiyanın vəziyyəti son dərədə pisdir, Ukrayna SQ cəbhədə çox ciddi əməliyyatlar aparır (bu mövzuda informasiya məkanında səssizlik elan olunub).

Rusiyanın müdafiə xətti çat verməyə başlayır və Kremldə panika hiss olunur.

Lukaşenko da öz növbəsində ayılmağa başlayır və Rusiya ilə sərhəddə nəzarəti gücləndirir”.