Vəfat edən avtovağzal direktoru hoteldə tək olub? – YENİLƏNİB

Vəfat edən avtovağzal direktoru hoteldə tək olub? – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mingəçevir Avtovağzalının icraçı direktoru Coşqun Rəhimovun ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Tribunainfo.az teleqraf-a istinadən xəbər verir ki, icraçı direktorun vəfat etdiyi yer Mingəçevir Avtovağzalının hotelidir. Həmin hoteldə bir otaq Coşqun Rəhimovun daimi istirahəti üçün ayrılıbmış.

Vəfat edən zaman onun istirahət otağında tək olduğu bildirilir.

İcraçı direktor ürək çatışmazlığından əziyyət çəkirmiş, vaxtaşırı ağrıları olurmuş. Ölümündən az öncə yenidən ağrıları başlayıb. Zəng edib köməyə kimisə çağırmaq istəyib, buna gücü çatmadıqda qapını açmağa cəhd göstərib.

Əlində telefon otaqdan çıxış qapısı önündə yerə yıxılaraq həyatını itirib.

***

16:08

Mingəçevir Avtovağzalının icraçı direktoru iş yerində vəfat edib.

Tribunainfo.az teleqraf.az-a istinadən xəbər verir ki, hadisə şəhər avtovağzalında qeydə alınıb.

Avtovağzalın icraçı direktoru Coşqun Rəhimov istirahət otağında ölmüş vəziyyətdə aşkar olunub.

Əməkdaşlar və yaxınları onun dincəldiyi otaqdan eşiyə çıxmadığını görəndə narahatlıq keçiriblər. Otağa baxış zamanı onun vəfat etdiyi məlum olub.

İlkin məlumata görə, ölümə ürək çatışmazlığı səbəb olub. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Mingəçevir Avtovağzalının sahibi mərhumun atası Tofiq Rəhimovdur.