Vəzifəli şəxs icra başçısının xidməti otağında ona külli miqdarda pul veribmiş – DETALLARbackend

Vəzifəli şəxs icra başçısının xidməti otağında ona külli miqdarda pul veribmiş – DETALLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yevlax rayon Aran bələdiyyəsinin sabiq sədri Qəşəm Əkbərova hökm oxunub.

Keçmiş bələdiyyə sədrinə Şəki Ağır Cinayətlər Məhkəməsinin hakim Bilal Məmmədovun hökmü ilə 2 il sınaq müddəti olmaqla 5 il 6 ay müddətinə şərti cəza verilib.

Bundan başqa, Qəşəm Əkbərov 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilib.

 

Qəşəm Əkbərov Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə – şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 310-cu (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri təqsirli bilinib.

 

İş materiallarından məlum olur ki, Qəşəm Əkbərov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 135 min 246 manat məbləğində bələdiyyə əmlakını mənimsəyib.

 

Bundan başqa, o, 1145 hektar sahəsi olan ərazini hissə-hissə satıb. Sənədlərə formal olaraq möhür vuraraq imzalayıb. Qəşəm Əkbərov bu zaman qızı Ülviyyə Əkbərovanın səlahiyyətlərini mənimsəyib. Həmin vaxt qızı Aran bələdiyyəsinin sədri vəzifəsini icra edib.

 

İş materiallarında keçmiş icra başçıları Elmar Vəliyevlə Qoca Səmədovun da adı keçir. Elmar Vəliyev 2004-2011-ci ildə Yevlaxın icra başçısı vəzifəsində çalışıb. Qoca Səmədov isə 2011-2019-cu illərdə Yevlaxa rəhbərlik edib.

 

Qəşəm Əkbərovla bağlı cinayət işin materiallarından belə məlum olur ki, onun satdığı torpaq sahələrindən bir hissəsini Elmar Vəliyev alıb. Hər halda o, aktda özünü Fikrət Məmmədov kimi təqdim edən şəxsin Elmar Vəliyevin sürücüsü olduğunu “güman” etdiyini deyib.

 

Qoca Səmədova gəlincə, keçmiş bələdiyyə sədri deyib ki, sabiq icra başçısının xidməti kabinetində ona 10 000 manat pul verib. Ümumiyyətlə, Qəşəm Əkbərovun ifadəsindən belə anlaşılıb ki, o, icra başçısının göstərişlərini yerinə yetirib.

 

Qoca Səmədov 2019-cu ildə Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyatı nəticəsində saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama, külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qoca Səmədov 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə Qoca Səmədovun cəzası 6 ilə endirilib. Ali Məhkəmə isə keçmiş icra başçısınn cəzasını 3 ay azaldıb.

 

Qaynarinfo