Vəzəri yemək xərçəng xəstəliyindən qoruyurmuş…backend

Vəzəri yemək xərçəng xəstəliyindən qoruyurmuş…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sağlam bədənə sahib olmaq və xəstəliklərə qarşı müqavimət qazanmaq üçün təbiətdə olan sağlam tərəvəzlərdən istifadə etmək lazımdır.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı qidalanma ilə bağlı araşdırmalarında bir insanın gündə ən azı 5 dəfə tərəvəz və meyvə istehlak etməsini tövsiyə edib.

Ağciyərləri təmizləyən, bağırsaq sağlamlığını qoruyan və hətta xərçəng hüceyrələrinə də dağıdıcı təsir göstərən bir tərəvəz var.

Bu araşdırmanın siyahısında zəngin lif qaynağı olan və tərkibində kalsium, zülal, A, B12 və D vitaminləri olan, insan sağlamlığına böyük fayda verən tərəvəz seçilib.

ABŞ-ın Villiam Paterson Universiteti qida dəyərinə görə 41 tərəvəz və meyvəni sıralayıb. Tərəvəzlər lif, kalium, zülal, kalsium, B12, A və D vitaminləri baxımından meyvələrdən xeyli irəlidədir. Üst-də sürpriz bir tərəvəz var. Tərə (vəzəri) 100-dən 100 bal alaraq ən faydalı tərəvəz seçilib.