“Veysəloğlu” Şirkətlər Qrupu özünün Korporativ Sosial Məsuliyyət (KSM) istiqamətində “İstedadlı gənc” proqramı çərçivəsində yeni layihəyə start verib.
TİA.AZ-ın məlumatına görə, şirkət Qarabağ müharibəsində və aprel döyüşlərində şəhid olan, həmçinin əlillik dərəcəsi alan şəxslərin övladları, eyni zamanda ailə üzvləri üçün sosial layihə olaraq, 3 aylıq “Veb Dizayn” (saytın layihələnməsi, yaradılması və idarəedilməsi) layihəsini təşkil edib. Layihədə yaşı 17-25 aralığında olan 10 nəfər Qarabağ və aprel şəhidinin övladı, eləcə də qohumları iştirak edirlər.
“Veysəloğlu” Şirkətlər Qrupunun “Veb Dizayn” kimi kursları təşkil etməkdə məqsədi bu sahəyə marağı olan gənclərin bilik və bacarıqlarını artırmaq, peşəkar səviyyəyə çatdırmaq, habelə kursu bitirərək iş tapmalarına yardımçı olmaqdır.