“Veysəloğlu” MMC barəsində inzibati xəta haqqında icraat başladılıb.
Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, “Veysəloğlu” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin Gömrük qaydalari əleyhinə olan 485.2 maddəsinin tələblərini pozub.
Belə ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
“Veysəloğlu”nun işinə Bakə şəhəri Nizami rayon məhkəməsində hakim Mətanət Hacıyevanın sədrliyi ilə baxılacaq.
İlk proses 30 avqust tarixində baş tutacaq.