“Veteranlara verilən 80 manatın artırılmasına ehtiyac var”backend

“Veteranlara verilən 80 manatın artırılmasına ehtiyac var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bugünkü müzakirə etdiyimiz büdcə artımının səmərəli istifadəsi onu göstərir ki, bu vəsaitlər istər müdafiə sektoru, istər işğaldan azad edilmiş ərazilərə ayrılır və doğru işlər görülür. Amma digər tərəfdən, biz sosial məsələyə daha çox fokuslanmağa başlamalıyıq”. 

Tribunainfo.az  xəbər verir ki, bunu deputat Elnur Allahverdiyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

Deputat vurğulayıb ki, hər il büdcə artımı, hər il dürüstləşmiş büdcə müzakirə edilir, amma yenə də şikayətlər var: “Əmək və əhalinin sosial müdafiə naziri kim olur olsun, əhali həmişə şikayətçi olacaq. Bu, tək bizim ölkədə olan məsələ deyil. Vyetnam müharibəsindən nə qədər vaxt keçib, lakin bu gün də ABŞ-də sosial problemlər müzakirə olunur.

Biz məsələyə konseptual yanaşmalıyıq. Bugünkü müharibə veteranlarına verilən 80 manat müavinəti yenidən qaldırmağa ehtiyac var. Bu il bunu müzakirə edək ki, gələn ilə bəlkə sevindirici hal olar, müavinətlər qalxar. Bu mövzu prioritet mövzular sırasına girməlidir. Biz güclü dövlət qurmuşuq. Sosial layihələrə hamımız dəstək olmalıyıq. Həmkarlarımı dəstəkləyirəm, artıq veteranların 80 manat məsələsinə yenidən baxılmasına və artırılmasına ehtiyac var”.