backend

Veteranlar Təşkilatında Heydər Əliyevi anım mərasimi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Heydər Əliyevi anım mərasimi keçirilmişdir. 

Bu gün Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Heydər Əliyevi anım mərasimi keçirilmişdir.


Əvvəlcə İkinci Dünya, Qarabağ, Əfqanıstan müharibəsi, əmək və Silahlı Qüvvələr veteranları, həmçinin Təşkilatın Mərkəzi Aparatının əməkdaşları ümummilli lider Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət etmiş, abidə önünə əklil və tər gül dəstələri qoymuşlar. Daha sonra Respublika Veteranlar Təşkilatının inzibati binasında veteranlar, ziyalılar, gənclər, media nümayəndələrinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilmişdir.

Tədbir başlamazdan əvvəl Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad olunmuşdur.

Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədr müavini, e/o polkovnik Cəlil Xəlilov açmış Heydər Əliyevin həyatı və fəaliyyəti barədə geniş məlumat vermişdir. C.Xəlilov demişdir: “Bu gün biz burada Azərbaycanın dahi oğlu, böyük dövlət adamı və görkəmli siyasətçi, xalqımız qarşısında tarixi xidmətlər göstərmiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək üçün toplaşmışıq. Heydər Əliyev haqqında indiyədək çox kitablar yazılıb, çox fikirlər deyilib, gələcəkdə də yazılacaq və deyiləcək. Ancaq ayrılıqda götürülmüş heç bir kitab və fikir bu dahi şəxsiyyətin bütün məziyyətlərini tam aça bilməz. Heydər Əliyevi xalqın, dövlətin tarixində əbədi yaşadan ən mühüm cəhətlərdən biri, bəlkə də birincisi onun Azərbaycanın ən çətin zamanlarında idarəetmə sükanını inamla ələ alaraq xalqı və dövləti düşdüyü bəladan qurtarması, onu tarixi inkişafın yeni mərhələsinə çıxarmaq bacarığıdır. Tarixi yaradan, onun gedişini dəyişməyə qadir insan kimi Heydər Əliyev dünyanın ən böyük dövlət adamları olan Bismark, Atatürk, Adenaur və digərlər ilə bir sırada dayanır. Yaxın vaxtlarda biz Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünü böyük təntənə ilə qeyd etdik. Azərbaycan xalqı tarixi nailiyyəti olan Dövlət 

müstəqilliyinin bərpasının 25-ci ilini bayram etdi. Ancaq hamənıza yaxşı məlumdur müstəqilliyinin bərpası ərəfəsundə Azərbaycan hansı çəlalarla qarşılaşmışdı.

Torpaqlarımıza təcavüz edən erməni daşnakları öz havadarlarının dəstəyi ilə Dağlıq Qarabağı Azərbaycandan qoparmağa çalışırdılar. Azərbaycan xalqının əzəli arzusu olan dövlət müstəqilliyinə qovuşmaq ideyası geniş vüsət aldığı bir vaxtda Sovet İmperiyası Bakıda 20 Yanvar qırğını törətdi. Ancaq İmperiyanın tankları da azadlığa gedən yolun qarşısını kəsə bilmədi. Ulu öndər Heydər Əliyevin 20 Yanvar hadisələrinin ertəsi günü Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində keçirdiyi mətbuat konfransında yanvarın xalqımıza qarşı törədilən qanlı faciəyə siyasi qiymət verməsi müstəqillik uğrunda mübarizəyə yeni təkan verdi. Azərbaycan daha böyük inad və inamla müstəqilliyə doğru irəlilədi və

buna nail oldu. Ancaq müstəqillik əldə olunsa da, ölkədə daxili və xarici pozucu qüvvələrin fəallaşması, hakimiyyətə gəlmiş komandanın səriştəsizliyi və davam etməkdə olan erməni təcavüzü respublikada vəziyyətin gərginləşdirmişdi. Bəzi silahlı dəstələrin başıpozuq hərəkətləri, daxildə qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması bu gərginliyi daha da artırmışdı. 1993-сü ilin əvvəllərindən ayrı-ayrı bölgələrdə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması təhlükəsi ilə üzləşdirmişdi. 1993-cü ilin ortalarına doğru hakimiyyət böhranı daha kəskin xarakter alımış, Azərbaycanın müstəqilliyi üçün təhlükə yaranmışdı”.

Cəlil Xəlilov daha sonra demişdir: “Azərbaycanın görkəmli oğlu böyük vətənpərvər Heydər Əliyev xalqın bu ağır günündə, şübhəsiz onun yanında olmalı idi. O, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib 1993-cü il iyunun 9-da Bakıya gəldi və bununla da daxili, xarici düşmənlərimizin bütün planları iflasa uğradı. Xilaskarlıq missiyasını öz üzərinə götürən ulu öndər vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını aldı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra “olum, ya ölüm” ayrıcında qalmış Azərbaycan gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrilmək yoluna qədəm qoydu”.

Məruzəçi daha sonra Azərbaycanın bu gün siyasi, iqtisadi sahədə qazandığı böyük uğurlardan, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun qüdrətli dövlətinə çevrilməsindən, dünyanın sürətlə inkişaf edən ölkələri sırasına çıxmasından danışmışdır.

Tədbir ikinci Dünya müharibəsi veteranları İsmayıl Fərəcov, Ömər Ağayev, Seyfulla Baxışov, Damət Nəbiyev, e.o polkovnik Adil Haqverdiyev, e.o polkovnik Həsən Əmirov və digərlərinin çıxışları ilə davam etdirilmişdir.