Azərbaycanda özəl pensiya fondlarının yaradılmasına başlanılacaq.
Məlumata görə, vətəndaşlar pensiya kapitalının bir hissəsini özəl pensiya fondlarına yönəltmə imkanı əldə edəcək. Vətəndaş 50-55 yaşında toplanan pensiya kapitalını birbaşa götürərək biznes və ya hansısa təsərrüfat yarada, ev ala və digər məqsədlər üçün istifadə edə biləcək.
Məsələ ilə bağlı Tribunainfo.az-a danışan iqtisadçı Günay Hüseynova pensiya kapitalını götürməyin müsbət addım olmasını vurğulasa da mənfi tərəflərdən də danışdı.
Belə ki, iqtisadçı bildirib ki, olmayan yerdə bu da yaxşıdır. Bir məsələ var ki, pulun dəyəri ildən-ilə ölür.
İqtisadçının sözlərinə görə, bu gün bir çörək 50 qəpikdirsə, gələcəkdə bilmək olmaz qiyməti neçiyə olacaq.
“Daha öncə insanlar 100 manatla aylıq bazarlıq edə bilirdilərsə, indi bir həftəni bu pulla çətinliklə bazarlıq edirlər. İş qurmaq ev almaq məsələlərinə gəldikdə isə yaxşı olardı ki, vətəndaşın aldığı pul bir neçə qat artığı ilə ona ödənilsin. Mənim ödədiyim pul dəyərdən öləndən sonra mən neyniyirəm o pulu, 60 yaşımda?
Avropada, elə yaxın Türkiyədə insanlar illərlə kirayələrdə qalır. Hətta öldüklərində də cəsədlə bağlı ödənişlər kirayədən çıxır. Onlar üçün ev maraqlı deyil. Amma bizim mentalitetə, xalqa uyğun deyil bu. İllərlə kirayədə qalsın və gözləsin ki, pensiya pulu qocalanda əlinə düşəcək və onda da bilmək olmaz o pulun dəyəri necə olacaq”.
Dəniz Pənahova