Vətəndaşlarımız hazırda 40-a yaxın ölkəyə səfər edə bilər (VİDEO)

Vətəndaşlarımız hazırda 40-a yaxın ölkəyə səfər edə bilər (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkəmiz dünya pasportlarının reytinq cədvəlində 58-ci yerdə qərarlaşıb.

Bu reytinqə görə, 40-a yaxın ölkə Azərbaycan Respublikası pasport sahibləri üçün vizasızdır, 46 ölkədə isə viza gəldikdən sonra əldə edilə bilər. 155 ölkədə isə viza öncədən tələb olunur. Ölkəmizin reytinqdəki mobillik balı isə 82-dir.

Vizasız gedə biləcəyimiz ölkələrin sayı isə getdikcə artır. İlin əvvəlində Azərbaycan Albaniya və Mərakəşlə ümumvətəndaş passportları sahibləri üçün viza rejiminin aradan qaldırılması barədə saziş imzalayıb.

Turizm eksperti Ceyhun Aşurov deyir ki, insanlar daha çox turistik məhdudiyyətlərin sayı minimum olan, viza tətbiqi olmayan və ya rahat olan ölkələrə səfər edirlər. Bu səbəbdən viza tələbi olmayan  ölkələrin sayının artması çox vacibdir.

Turizm eksperitinin sözlərinə görə, quru sərhədlərinin bağlı olmasına baxmayarq ilin ilk 3 ayında ölkəyə gələn turistlərin sayında 40% artım müşahidə edilib.

Bir sözlə, viza tələbi olmayanda viza rüsumu da olmur. Belə olanda isə turizm şirkətləri vətəndaşdan əlavə pul ala bilmir. Beləcə turpaketlərin qiyməti də aşağı düşür.

Statistikaya görə, ötən il Azərbaycan vətəndaşlarının ən çox ziyarət etdiyi ölkə qardaş Türkiyə olub.

Qeyd edək ki, Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilib.

Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in təsdiq edilməsi barədə” qanunda əksini tapıb.

Tribunainfo.az  mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.