Vətəndaşlara xəbərdarlıq: Balanslar yoxa çıxdı

Vətəndaşlara xəbərdarlıq: Balanslar yoxa çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın ən çox istifadə olunan kriptovalyuta pul kisələrindən biri olan “Trust Wallet”-də texniki nasazlıq yaranıb.
Bütün istifadəçilərin kripto balansı sıfırlanıb.Şirkət məsələni aradan qaldırmaq üçün işlərin aparıldığını bildirsə də, bu hadisə kriptovalyuta bazarına etimad məsələsini yenidən gündəmə gətirib.

Ümumiyyətlə, kriptovalyuta sektorunun gələcəyi necə görünür – sabitləşmə gözlənilirmi, yoxsa risklər artır?

 

Vətəndaşların kriptovalyutaya yatırım etməsini tövsiyyə edirsinizmi?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən iqtisadçı Eldəniz Əmirov bildirib ki, ümumiyyətlə, kriptovalyutanın gələcəyi ilə bağlı birmənalı şəkildə vurğulamaq istəyirəm ki, bu bir gün “partlayacaq” sabun köpüyüdür, hava şarıdır. Sadəcə o zaman məsələsidir.

E. Əmirovun sözlərinə görə, bu partlayana qədər investisiya aləti kimi böyük işlərin görülməsinə vəsilə olur.

“Bu həm çirkli pulların yuyulmasına, həm dövriyyədən vəsaitlərin yığılaraq təmizlənməsinə, həm də ayrı-ayrı subyektlərin pul qazanmasına xidmət edir. Eyni zamanda, qlobal arenada oturuşmuş müəyyən şirkətlərin investisiya aləti olaraq çıxış edir. Yeni-yeni kriptovalyutalar yarandıqca, təbii ki, bu amil genişlənəcəkdir. Amma arxasında heç bir dəyər dayanmadığı üçün uzaq perspektivdə bir gün biz onun “partlayacağını” görə biləcəyik. Bəlkə də biz görə bilməyəcəyik, amma növbəti nəsillər görə biləcək. Sadəcə, bu zaman məsələsidir”.

Dəniz Pənahova