Vətəndaşlara düşmən kəsilən BOKT-lar – SİYAHIbackend

Vətəndaşlara düşmən kəsilən BOKT-lar – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq təkcə banklar deyil, Bank Olmayan Kredit Təşkilatları da kreditorları boğaza yığıb. Vətəndaşlarla bu təşkilatlar arasında hər ay məhkəmələrdə kredit ödənişləri ilə bağlı mübahisələr həll edilir. Ancaq bu məhkəmə prosesləri bir deyil, on deyil, yüzlərlədir.
İş orasıdır ki, həmin Bank Olmayan Kredit Təşkilatları (BOKT) vətəndaşların sosial şəraitini, gəlirlərini, aylıq məvacibini nəzərə almadan hər kəsə kredit verir, yaxud hansısa məhsul satılır, sonra ödənişlərlə əlaqədar problemlər meydana çıxır.
Ona görə ilk növbədə özləri araşdırma aparıb sonra kredit ayırmalıdırlar. İkincisi, əhalinin sosial vəziyyəti günbəgün çətinləşir və bunu düşünərək hər ödənişin yubanmasına görə məhkəməyə müraciət etməyə zərurət yoxdur, yeni kredit cədvəli də açıla bilər. Həmçinin, Mərkəzi Bank, Azərbaycan Banklar Asossiyasiyası bu təşkilatların işini yoxlamalı, təftiş etməli, fəaliyyətlərini təqib etməlidirlər. Çünki kimə gəldi kredit verilməsi böyük bir xaosa yol açır.

Tribunainfo.az hazırda ayrı-ayrı bank olmayan kredit təşkilatlarının aylıq məhkəmə işlərinin siyahısını tərtib edib.
Həmin siyahını təqdim edirik:

AQRARKREDIT – 104 məhkəmə
TBC KREDIT – 22 məhkəmə
KƏPƏZ – 18 məhkəmə
EMBAFINANS – 16 məhkəmə
AZPUL – 15 məhkəmə
FINOKO – 14 məhkəmə
PARA – 11 məhkəmə
PSG FINANS – 10 məhkəmə
İDK – 10 məhkəmə
AZƏRBAYCAN MIKRO KREDIT – 6 məhkəmə
FINEX KREDIT – 5 məhkəmə
MERKURI – 5 məhkəmə
İDEAL KREDIT – 2 məhkəmə
CITY FINANCE – 1 məhkəmə
FALCON FINANCE – 1 məhkəmə
KREDEX – 1 məhkəmə
TCF – 1 məhkəmə
FINANCE KREDIT – 2 məhkəmə
OPTIMAL FINANCE – 2 məhkəmə
SF AZERBAIJAN BOKT – 2 məhkəmə

Nigar