“Vətəndaşlar, biz müharibə vəziyyətindəyik” – Netanyahu (VİDEO)

“Vətəndaşlar, biz müharibə vəziyyətindəyik” – Netanyahu (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin baş naziri Benyamin Netanyahu Tel-Əvivdə Kiriyadan əhaliyə müraciət edib.

Tribunainfo.az xəbər verir ki, baş nazirin müraciətini yerli KİV-lər yayıb.

“İsrail vətəndaşları, biz müharibə edirik. Bu kiçik əməliyyat deyil…Müharibədir. HƏMAS bugünkü hücumu “ödəyəcək”, – o, deyib.

Netanyahu deyib ki, o, “sərhəd yaşayış məntəqələrini terrorçulardan təmizləmək” və “ehtiyat qüvvələrini səfərbər etmək” əmrini verib.

Hökumət başçısı İsrail vətəndaşlarını ordunun və Daxili Cəbhə Administrasiyasının göstərişlərinə tabe olmağa çağırıb.