“Vətəndaşlar banklara pul qoymaq istəmirlər, əgər…” — Yüksək faizlərin səbəbibackend

“Vətəndaşlar banklara pul qoymaq istəmirlər, əgər…” — Yüksək faizlərin səbəbi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

zərbaycan banklarda faizlərin yüksək olduğu ölkələrdəndir. Həm əmanətlərə tətbiq olunan faizlər, həm də kredit faizləri çoxdur. Kredit faizlərinin yüksək olması vətəndaşların çətinlik çəkdiyi ən aktual maliyyə problemlərindən biri olaraq qalmağa davam edir. 

Bank sektoru üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında bunun bir neçə səbəbinin olduğunu deyib:

“Birincisi, yalnız kredit faizləri deyil, ümimiyyətlə bizdə faizlər yüksəkdir. Əmanət faizləri də bizdə yüksəkdir, 10-12 faizlə banklar əmanət alır. Həmin pulun üzərinə faiz əlavə edib digər vətəndaşlara kredit verir. Misal üçün, Avropa ölkələrində əmanətlər üzrə faizlər 1-2 faizdir, buna görə kreditlərin də faizi aşağıdır. Bizdə əhali də banka pul qoymaq istəmir, əgər faiz dərəcəsi aşağı olursa.

İkinci səbəb odur ki, ümumiyyətlə kredit riski yüksəkdir. Kreditin qaytarılmama ehtimalının yüksək olması bankları vadar edir ki, özlərini sığortalasın, itkilərini ödəsin. Bu amillər ölkədə risklərin yüksək olduğunu göstərir. Bundan başqa qanunçuluq aşağı səviyyədədir, məhkəmə sistemi şəffaf deyil. Bank qaytarılmayan kredit borcu üçün məhkəməyə müraciət etməlidir. Həm proses uzun çəkir, həm də bank əmin deyil ki, məhkəmə onun şikayətini təmin edəcək. Bu səbəblərdən dolayı ölkədə faizlərin yüksək olması gözləniləndir”.