Vətəndaşı rüşvət verməyə təhrik edən şəxsə hökm oxundu

Vətəndaşı rüşvət verməyə təhrik edən şəxsə hökm oxundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabiq polis əməkdaşı hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvətə təhrik etmə və dələduzluqda təqsirləndirilən Sərxan Sadıqovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən S.Sadıqov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Sərxan Sadıqov “Bakı Metropoliten”ində polis əməkdaşı vəzifəsində çalışıb.

Məlumata görə, o, Sədrəddin Kərimov və Xəyyam Səfərzadəyə istədikləri seriyada maşın nömrəsi alacağını vəd edib. Bu əməli ilə həmin şəxslərə 17 min manata yaxın ziyan vurub.

Həbs edilən S.Sadıqov Cinayət Məcəlləsinin 34, 312-ci (rüşvətə təhrik etmə), 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.