“Vətəndaşı necə çölə ata bilərsən ki, get, hüququnu rəsmiləşdir…” – Fazil Mustafabackend

“Vətəndaşı necə çölə ata bilərsən ki, get, hüququnu rəsmiləşdir…” – Fazil Mustafa

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İnsanlar Bakıda polis şöbələrində qeydiyyatdan çıxarılır, deyilər ki, Bakıda qohumlarınızın evində daimi qeydiyyata düşün”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa bildirib.
Fazil Mustafa deyib ki, sənədsiz evlərdə, gecəqondularda yaşayan çoxlu sayda insan var: “Biz qeydiyyat, bölgəyə insanların qayıdışı məsələlərini nəzərdən keçirməliyik. Vətəndaşı necə çölə ata bilərsən ki, get, Bakıda yaşamaq hüququnu rəsmiləşdir. Heç olmasa, qohumlarının evində müvəqqəti qeydiyyat və başqa yollarla bu məsələnin həllinə nail olmaq lazımdır”.