Vətəndaşdan “Unibank”-a: “Bu nə geridəqalmışlıqdı?” (FOTO)

Vətəndaşdan “Unibank”-a: “Bu nə geridəqalmışlıqdı?” (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Unibank” kartımı şənbə günündən təhlükə adı ilə özbaşına bloklayıb. İndi də heç bir əsassız məndən şəxsiyyət vəsiqəsi tələb edir.

Tribunainfo.az yazır ki, Mərdan adlı şikayətçi bildirib ki, hər şeyin elektronlaşdığı bir vaxtda “Unibank”ın ondan şəxsiyyət vəsiqəsi tələb etməsi gülünücdür:

“Filiala yaxınlaşmışam, deyirlər, şəxsiyyət vəsiqəniz üstünüzdə olmalıdır. Şəxsiyyət vəsiqəm başqa şəhərdədir, vaxtım gedir, pulum gedir. Mənim isə telefonumda hökümət portalı, ASAN imza, şəxsiyyətimi təsdiq edən bütün qanuni vasitələr var. Bu nə geridəqalmışlıqdı?
Mən bütün notarial əməliyyatları telefonda heç kimə vəsiqə təqdim etmədən aparıram. Kredit verəndə heç bir vəsiqə istənilmir, bu hansı məntiqə uyğundur ki, hazırda ancaq şəxsiyyət vəsiqəsi tələb edirsiniz”.

Qarşə tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Roman