Vətən müharibəsinin şəhidlərinin ailələri ziyarət olunubbackend

Vətən müharibəsinin şəhidlərinin ailələri ziyarət olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
30 sentyabr 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən İlkin Məmmədov, Şəhər Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, Gənclər və İdman İdarəsinin rəisi Samit Həsənov, Vətən müaharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elvin Balayev Vətən müharibəsinin şəhidlərinin anım günləri ərəfəsində ailələrini ziyarət ediblər.
Ziyarət zamanı Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidlərin ailələrinə baş¬sağlığı verərək, onlara Allahdan səbir diləyib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq nümunələrindən və Şanlı Zəfərdən söz açıb. Şəhidlərimizin qanlarının yerdə qalmadığını, torpaqlarımızın işğaldan azad edildiyini, ərazi bütövlüyümüzün bərpa olunduğunu, bütün bunlara görə qəhrəman əsgər və zabitlərimizə borclu olduğumuzu söyləyib. Xalqımızın qürur və iftixarı olan müqəddəs şəhidlərimizin əziz xatirəsinin dövlətimiz və cəmiyyətimiz tərəfindən daim əziz tutulacağını qeyd edib. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda həlak olan bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyib. Şəhid və qazi ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğı¬nın ölkənin bütün bölgələrində olduğu kimi Şirvan şəhərində mütəmadi davam etdirildi¬yini vurğulayıb.
Görüş zamanı şəhidlərimizin keçdikləri şücaətli döyüş yollarından, xatirələrindən söhbət açılıb. Onların döyüşlərdə göstərdiyi şəxsi igidliyin və şücaətin dövlətimiz tərəfindən yüksək dəyərləndirildiyi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə orden və medallarla təltif edildikləri qeyd olunub.
Şəhidlərin ailələri onlara göstərilən həssas münasibətə, maddi və mənəvi köməyə görə ölkə başçısı, cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Allah bütün şəhidlərimizə rəhmət etsin!