Vətən müharibəsi şəhidi Bəxtiyar İslamovun qardaşının toy mərasimi keçirilibbackend

Vətən müharibəsi şəhidi Bəxtiyar İslamovun qardaşının toy mərasimi keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

03.06.2023-cü il tarixində Vətən müharibəsi şəhidi Bəxtiyar İslamovun qardaşı Əmrah İslamovun toy məclisi keçirilib. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Fizuli Əhmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, şəhid ailələri və müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak edib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin valideynlərini övladlarının ailə həyatı qurması münasibətilə təbrik edib, bəy və gəlinə can sağlığı, ailə səadəti və xoşbəxtlik arzulayıb.
Məlumat üçün bildiririk ki, şəhid Bəxtiyar İslamov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni”, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.