Vətən Müharibəsi qazisi Ukraynada əsir düşüb: “Onun azad edilməsinə kömək edin”backend

Vətən Müharibəsi qazisi Ukraynada əsir düşüb: “Onun azad edilməsinə kömək edin”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göyçay rayonu, Səməd Vurğun küçəsi ev 92 ünvanında yaşayan Mustafayeva Zülfiyyə Abdurəhman qızı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edərək, ondan kömək istəyib. Tribunainfo.az-ın elektron poçtuna göndərdiyi məktubunda xanım Mustafayevə qaynının oğlunun Rusiya-Ukrayna müharibəsində əsir düşdüyünü, onun hazırda Kiyevdə saxlanıldığını bildirib.

O bildirib ki, qaynı oğlu Mustafayev Toğrul Ayaz oğlu Rusiya vətəndaşı olduğu üçün onu məcburi müharibəyə aparıblar. “O, Ukraynada əsir düşüb. Onun azad olunmasına görə, Azərbaycan Prezidentindən xahiş edirəm ki, bu işdə köməkliyini göstərsin”.

Məktub müəllifi yazır ki, Toğrul Mustafayev 1989-cu il tarixdə Göyçayda anadan olub. “Vətən müharibəsində iştirak edib müharibə veteranıdır. Müharibədən sonra burada iş tapmadğı üçün Rusiyaya gedib. Orada ailə həyatı qurub, nigaha daxil olub. Nigaha görə, Rusiya vətəndaşlığını qəbul edib”.

Zülfiyyə Mustafayeva bildirir ki, 2024-cü ilin may ayında onu məcburi müharibəyə aparıblar. “İyul ayında axırıncı dəfə bizimlə telefon əlaqəsi yaratdı. Bundan sonra heç bir əlaqə olmadı. Sonradan bizə məlum oldu ki, müharibə zamanı yaralanan Toğrul Ukraynaya əsir düşüb. Toğrulun azyaşlı qızı hər gün atasını soruşur. Nə edəcəyimizi bilmirik”.

Göyçay sakini sonda Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci Vitse-Prezidenti Mehriban Xanım Əliyevaya müraciət edərək, onlardan dəstək istəyib. “Sizə yalvarıram Toğrulun əsirlikədn azad edilməsinə köməklik göstərin. Onun günahı yoxdur. Məcburi müharibəyə aparılıb xahiş edirəm köməklik göstərin”.