Azərbaycanda sentyabrın 1-də Milli Məclisə növbədənkənar parlament seçkiləri keçiriləcək.
Artıq təbliğat və təşviqat kampaniyası üçün bütün şərait yaradılıb.
XALQ.AZ xəbər verir ki, Vətən müharibəsi iştirakçısı Rəşad Aslanov 61 saylı Qusar seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınıb.
Məlumata əsasən Rəşad Aslanov 1979-cu ildə Qusarda anadan olub. Bakı Ali Hərbi Məktəbi qırmızı diplomla bitirib.
Ehtiyatda olan polkovnik Rəşad Aslanov Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsinin komandiri olub. O,“Qarabağ” ordeni, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları təltif olunub.
Qeyd edək ki, Şuşanın girişinə şanlı bayrağımızı asan ehtiyatda olan polkovnik Rəşad Aslanovdur.