Vətən müharibəsi iştirakçısı faciəvi şəkildə öldübackend

Vətən müharibəsi iştirakçısı faciəvi şəkildə öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov  bildirib ki, Samux rayon sakini Xəyal Yolçuyev idarə etdiyi “VAZ 2107” markalı avtomobillə yolu keçmək istəyən piyada, 2002-ci il təvəllüdlü Şəhriyar Məmmədovu vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Ş.Məmmədov Vətən Müharibəsi iştirakçısı olub.