Meyvə-tərəvəz idxalı ilə məşğul olan “Vet Fruits” MMC Azərbaycan Qida Təhlükəsizliyi Agentliyini məhkəməyə verib.
Tribunainfo.az xəbər verir ki, işin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar yaranmış mübahisə ilə əlaqədardır.
İşə Bakı İnzibati Məhkəməsində hakim Aygün Abdullayevanı sədrliyi ilə 14 noyabr tarxində baxılacaq.
Qeyd edək ki, AQTA-nın şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü və 544.2-ci maddələri ilə protokol tərtib etmişdi. Şirkət də AQTA-nın bu qərarını qanunsuz hesab etdiyindən məhkəməyə şikayət edib.
Həmçinin AQTA 2023-cü ilin ilk 6 ayı ərzində ölkəyə idxal olunan sanitar nəzarətə aid olan məhsullarda aşkar edilən uyğunsuzluqlarla bağlı yaydığı siyahıda “Vet Fruits” MMC-nin də adı va idi. Məlumata görə, şirkətin İrandan idxal etdiyi albalıda bitkilər üçün zərərli olan həşəratlar və gənələr aşkar edilib.