“Verlişə həftədə 3 dəfə çıxan ac, 50 qəpiklik müğənnilər”

“Verlişə həftədə 3 dəfə çıxan ac, 50 qəpiklik müğənnilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünyanın heç bir yerində televiziya kanalları müğənnidən asılı qalmayıb”.

Tribunainfo.az xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan sosial şəbəkə hesabında yazıb. Sənətçi hər gün verilişə çıxan ifaçıları və onları dəvət edən aparıcıları tənqid edib:

“Bizim televiziya kanallarımız və ora gələn dəstəsi 50 qəpik, zövqsüzlüyü təbliğ edən, qapı-qapı kanalları gəzən, bir verilişə həftədə üç dəfə çıxan, ac, gözləri doymayan efir acları. Mən təklif edirəm ki, bu görməmiş efir aclarını kanallar ştat işçisi kimi işə götürsünlər. Gedin dincəlin. Müğənni də var ki, adam tapmayanda bir saat qalmış ona deyirlər. Amma danışanda sənəti ağzına yerləşmir”.