Vergilər Nazirliyində nazir Fazil Məmmədovun əmri ilə yeni departament yaradılıb.
Vergilər Nazirliyində nazir Fazil Məmmədovun əmri ilə yeni departament yaradılıb.
Bu barədə Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov “Şəffaflığa doğru birlikdə” mövzusunda vergi konfransında məlumat verib.
Onun sözlərinə görə, yeni yaradılan qurum Əlaqələndirmə və İdarəetmə departamenti adlanır: “Bu departamentin əsas funksiyası vergi orqanları və yerli strukturlar arasında vergi qanunvericiliyi və inzibatçılığa edilən dəyişikliklərlə bağlı səmərəli əlaqələndirmənin aparılmasıdır”. (teleqraf.com)