İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, dəyəri 556 min 209 manat 52 qəpik olan tender müsabiqəsinin qalibi “Abşeron Tekstil” MMC (VÖEN- 1503554731) olub.
“Abşeron Tekstil” MMC Dövlət Vergi Xidmətinin sifarişilə bu qurumun vəzifəli şəxsləri üçün xüsusi geyim forması və fərqləndirmə nişanları satacaq.
Nizamnamə kapitalı 10 manat olan “Abşeron Tekstil” MMC -nin hüquqi ünvanı Nərimanov rayonu, Ak. Həsən Əliyev, ev 79/2, m. 50-də yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədova Ziyafət Əkbər qızıdır.