“Unibank”a məxsus “Ucard”ı heç kimə məsləhət görmürəm. Tribunainfo.az xəbər verir ki, bu barədə “Ucard” istifadəçisi Qurban Hüseynov yazıb.
O bildirib ki, hər ay 40-50 manat ancaq komissiyaya gedir: “Min dənə limit qoyublar. Özüm də dəyişəcəm bu kartı.
Gündəlik karta mədaxil limiti aparatlardan 200 AZN-dir. 200 manat yükləyirsən, 197 manat oturur hesaba. Yazıb soruşuram, cavab gəlir ki, gündəlik limit 200 AZN-dir. Heç sualı belə oxumurlar.
Kəşbeki heç bir məlumat vermədən ləğv ediblər. 10 manat xərcləyirsən, 1 şans verir. Mənim 1300-ə yaxın şansım var, keşbek kimi qalsaydı, indi minimum 300 manat kəşbek yığardım. İndi bu lotoreyadan konfet də udan deyilik. Bir sözlə, “Unibank” bərbad”.
Qeyd edək ki, bu məsələyə vergilər xidməti müdaxilə edə bilər. Qarşı tərəfi dinləməyə hazırıq.