Binəqədi Rayon Məhkəməsində “Abşeron Treyd” MMC-yə yazılan inzibati protokola baxılıb.
Pravda.az-ın xəbərinə görə, hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən iclasda qərar açıqlanıb. Qərarla şirkət cərimələnib.
Xatırlatma: protokol Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edilib.
Qeyd: 2019-cu ildə yaradılan və nizamnamə kapitalı 100 000 AZN olan şirkətin qanuni təmsilçisi Aftandil Faiq oğlu Abdiyevdir. MMC-nin dövlətə 57 339 AZN borcu var.