Venesuelanın ən iri neftayırma zavodunda yanğın baş verib.
TİA.AZ TASS-a istinadən xəbər verir ki, hadisə “Amuay” zavodunda qeydə alınıb.
Yanğının başvermə səbəbləri və miqyası barədə məlumat verilmir.
Qeyd edək ki, son 1 ay ərzində Venesuellada iki neft email zavodunda yanğın baş verib.
Onu da vurğulayaq ki, hazırda Venesuelanın müxtəlif ştatlarında yanacaq çatışmazlığı hiss edilir. Bu yanğın isə əhalinin yanacağa olan təminatındakı onsuz da çətin olan vəziyyəti daha da ağırlaşdıra bilər.