Venesuelada keçirilən etiraz aksiyalarında ölənlərin sayı 69-a çatıb.
Venesuelada keçirilən etiraz aksiyalarında ölənlərin sayı 69-a çatıb.
TİA.AZ xəbər verir ki, bu barədə informasiyanı Venesuela Cinayət Forumu təşkilatının rəhbəri Alfredo Romero yayıb.
“Bizim hesablamalarımıza görə, aksiyalarda 49 nəfər qətlə yetirilib. Qarətlər və digər insidentlər zamanı isə 20 nəfər həlak olub”, – deyə o bildirib.
Qeyd edək ki, Venesuelada etiraz aksiyaları 4 apreldən bu yana davam edir.