Venesuela rəsmən Amerika Dövlətləri Təşkilatını tərk edib.
Venesuela rəsmən Amerika Dövlətləri Təşkilatını tərk edib.
TİA.AZ xəbər verir ki, bunu ölkənin təşkilatdakı missiyası bəyan edib.
Məlumata əsasən, müvafiq məktub prezident Nikolas Maduronun imzası ilə Amerika Dövlətləri Təşkilatının başçısına təqdim edilib.
Aprelin 26-da Venesueladakı siyasi böhranla əlaqədar Amerika Dövlətləri Təşkilatı XİN rəhbərləri səviyyəsində fövqəladə toplantı keçirməyi qərara alıb. Bundan dərhal sonra Venesuelanın xarici işlər naziri Delsi Rodriqes ölkənin təşkilatı tərk edəcəyini bəyan edib.
Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Martın sonunda Venesuela Ali Məhkəməsi prezidentə parlamentlə məsləhətləşmədən qərar qəbul etmək səlahiyyəti verib. Hazırda qərar ləğv edilsə də, ölkədə iğtişaşlar səngimək bilmir. Bu günədək ölkədə baş verən iğtişaşlar nəticəsində azı 30 nəfər həyatını itirib. (apa)