Velosipedçi kuryerlərdən ETİRAZ – VİDEObackend

Velosipedçi kuryerlərdən ETİRAZ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Velosiped və skuter sürücülərinin paytaxtdakı bəzi yeraltı piyada keçidlərindən keçməsi qadağan edilib.

Bununla bağlı keçidlərə xüsusi lövhəciklər də yapışdırılıb. Sözügedən qadağa sakinlər tərəfindən birmənalı qarşılanmayıb, etiraza səbəb olub.

“Mən velosiped sürərək kuryerlik edirəm. Velosipedi əlimizə alıb yolu keçirik, bizi saxlayırlar ki, niyə keçirsiniz? Bəs biz haradan keçək? Yolüstü keçid də yoxdur, yolüstü keçid olsaydı, bu nişanları qoymağın mənası olardı. Yeraltı keçiddə belə biz velosipedlə hərəkət edə bilmirik”, – sakin deyib.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən (AYDA) bildirilib ki, cəmiyyətdə etiraz doğurduğu üçün həmin qadağan edici nişanlar götürülüb.

Ətraflı Baku TV-nin süjetində: