Velosiped qəzasından sonra ingilis dilini unutdu.
Moderator.az xəbər verir ki, hadisə Hannah Jenkins adlı qadının başına gəlib. Ömrü boyu İngiltərədə yaşayan qadın keçirdiyi qəzadan sonra ingilis dili yadından çıxıb. İndi o, ingilscə nə danışa bilir, nə də başa düşür. Bildiyi dil isə yalnız Avstraliyada öyrəndiyi alman dilidir.
Qəzadan sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən Hanna özünə gəldikdən sonra həkimləri də çaş-baş salıb. Çünki bütün sənədlərində İngiltərədə yaşadığı əks olunan qadının ingiliscə danışa bilməməsi hamını təəcübləndirib. Hanna qəzaya velosipedlə dağa çıxarkən düşüb.