Tanınmış vəkil Günay İsmayılova “Kontakt Home”u məhkəməyə verməyə hazırlaşır.
Tribunainfo.az xəbər verir ki, vəkil bu barədə sosial şəbəkə hesabında yazıb. O bildidib ki, sözügedən mağazadan aldığı əşyada problem olsa da, ne geri qaytara bilir, nə də dəyişə:
“”Kontakt Home”dan məhsul almışam, məhsulda qüsur olduğu halda 1 aydan çoxdur dəyişmirlər. Bir də qələt edərəm bu mağazadan bir şey alaram. Boş reklama pul xərcələmək əvəzinə müştəri şikayətlərinin araşdırılması şöbəsinə bir-iki işçi götürsünlər. İstehlakçı hüquqlarının pozulması ilə bağlı şikayət göndərmişəm, növbəti mərhələ məhkəmədir”.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Nigar