Vəkil: “Bu faciəyə görə TƏBİB rəhbəri istefa verməliydi

Vəkil: “Bu faciəyə görə TƏBİB rəhbəri istefa verməliydi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Respublika Perinatal Mərkəzində baş vermiş yanğın 4 ailəyə faciə yaşatdı. Körpələrin vəfat etməsi çox acı xəbərdir, yaşanan ən acı faciədir. Ölkədə qurumların adını dəyişirlər, amma mahiyyət dəyişmir. Yenə bədbəxtin birini məsuliyyətə cəlb edəcəklər, rəhbərləri isə öz qlamur həyatlarına davam edəcək.Tribunainfo.az yazır ki, dünın baş verən yanöın hadisəsi ilə bağlı danışan vəkil Aqil Layıc bildirib ki, TƏBİB qədər məsuliyyətsiz və yararsız orqan, bir də özləridir:

“Adına Təbib yox Həbib qoy, mahiyyət eynidir. Orta statistik cəmiyyətdə belə hallara görə baş məsul şəxs istefa verərdi. Amma görünən odur ki, bunlarda belə bir xarakter yoxdu.


Peşə axlaqından uzaq şəxslərin rəhbər təyin edilməsinin acı nəticələri göz qabağındadır. Səhlənkarlıq və nəzarətsizlik o qədər çoxalıb ki, adi yanğını anında görmək qabiliyyəti belə yoxdur bu qrumda. Vüqar Qurbanov faciədən sonra hadisə yerində olmağın sənin başına dəysin. Get yeyinti üçün əlaqəli şirkətlərinə tenderlər ver. Lal-kar uşaqlar üzərindən biznes qur, tibbi isə kor-lal-kar elə”.